satellite   Azerspace-1: 11135 H 30000

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb - FOTOLAR

DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb<font color=red> - FOTOLAR</font> DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında əməkdaşlıq sənədi imzalanıb<font color=red> - FOTOLAR</font>

DOST modelinin Moldovada pilot mərhələdə tətbiqi işlərinə başlanılacaq.

NTV xəbər verir ki, bununla bağlı olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi ilə Moldovanın Milli Sosial Sığorta Kassası arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Moldovanın Sosial Sığorta üzrə Milli Kassasının direktoru Yelena Tibirna və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov imzalayıblar.

Görüşdə iki qurum arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. DOST modelinə maraq göstərən ölkələrdən biri olan Moldovada bu modelin tətbiqinə dəstək olaraq Moldovanın Sosial Sığorta üzrə Milli Kassası ilə müvafiq sahədə təcrübəmizin bölüşülməsi üçün aparılan birgə işlərdən bəhs olunub.

Yeni sənədin bu istiqamətdə işlərin uğurla davam etdirilməsinə, əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyi bildirilib.

İmzalanan yeni Memorandumda da DOST təcrübəsinin öyrənilməsi və “bir pəncərə” prinsipi əsasında sosial xidmətlərin təşkili üzrə əməkdaşlığın gücləndirilməsi, həmçinin müasir sosial xidmət sistemlərinin inkişafı istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.

Sənəddə əməkdaşlıq çərçivəsində DOST modelinin komponentlərinin Moldovanın sosial təminat sisteminə tətbiqi üzrə pilot mərhələlərin həyata keçirilməsi, bu sahədə institusional və texniki dəstək mexanizmlərinin formalaşdırılması, təcrübə mübadiləsinin genişləndirilməsi əksini tapır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM