Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Bu barədə NTV-yə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 100.2.1, 100.3 və 469.4-cü maddələrinin şərh edilməsinə dair Baş Prokurorluğun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun avqustun 3-nə təyin edilmiş iclasında baxılacaq.
