satellite   Azerspace-1: 11135 H 30000

FHN: Zaqatala, Balakən və Ağstafada su dolmuş yerlərdə tədbirlər görülür - VİDEO - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Zaqatala, Balakən və Ağstafa rayonlarının bir sıra yaşayış məntəqələrində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və digər ərazilərə su dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən NTV-yə  verilən xəbərə görə, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzi, Mülki müdafiə qoşunları və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri zəruri tədbirlərin görülməsi üçün dərhal ərazilərə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su dolmuş yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM