İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın bərpası və Böyük Qayıdış prosesinin davamlı şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən minatəmizləmə əməliyyatları ilə yanaşı, mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş sahələrdə konservasiya tədbirləri də həyata keçirilir.
NTV xəbər verir ki, çəpərləmə fəaliyyəti humanitar minatəmizləmə prosesinin ayrılmaz tərkib hissəsidir və insan həyatının qorunmasına yönəlmiş müvəqqəti təhlükəsizlik tədbiridir.
Beynəlxalq təcrübə göstərir ki, bu cür təhlükəsizlik tədbirlərinə əməl edilməməsi ciddi fəsadlarla nəticələnə bilər. Bu baxımdan çəpərlənmiş ərazilərə qanunsuz müdaxilələr, baryerləri sökmək və ya zədələmək, habelə həmin zonalarda hər hansı təsərrüfat fəaliyyəti aparmaq həm insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradır, həm də minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir. Nəzərə almaq lazımdır ki, çəpərlərə müdaxilələr birbaşa dövlət əmlakına müdaxilədir.
