satellite   Azerspace-1: 11135 H 30000

Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub

Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən NUHÇIXAN-a verilən məlumata görə, onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM