satellite   Azerspace-1: 11135 H 30000

Son altı ayda Azərbaycanda qanunsuz ov edən 62 nəfər saxlanılıb

Son altı ayda Azərbaycanda qanunsuz ov edən 62 nəfər saxlanılıb

Bu ilin 6 ayında Azərbaycanda qanunsuz ov faktları ilə bağlı ümumilikdə 54 900 manat məbləğində cərimə tətbiq olunub.

Bu barədə NTV-nin  sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nazirliyin aidiyyəti qurumlarının keçirdiyi nəzarət tədbirləri nəticəsində qanunsuz ov edən 62 nəfər saxlanılıb:

"Barələrində qanunamüvafiq tədbirlər görülüb. Eyni zamanda 4 nəfərin ov etmək hüququ müvafiq qaydada məhdudlaşdırılıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM