Narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar.
Daxili İşlər Nazirliyindən NTV-yə bildirilib ki, onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
