Aşura günü münasibətilə Şuşa şəhərində könüllü qanvermə aksiyası keçirilib.
NTV xəbər verir ki, Yuxarı Gövhər Ağa məscidində təşkil edilən aksiyada doğma yurda qayıdan şuşalılar, şəhərdə fəaliyyət göstərən qurumların əməkdaşları, həmçinin şəhərin qonaqları iştirak ediblər.
Respublika Qan Bankının əməkdaşları tərəfindən toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
