satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycana yay fəsli daxil olub

Azərbaycana yay fəsli daxil olub

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 12:24-də daxil olub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından NTV-yə verilən məlumata görə, Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayıb. Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olur.

Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyədir. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM