Türkiyənin Şanlıurfa vilayətinin Meşə təsərrüfatı idarəsi Azərbaycana minlərlə ting göndərib.
NTV xəbər verir ki, tingləri daşıyan iki yük maşını ödənişsiz əsaslarda “Ağıllı tinglik” Türkiyə-Azərbaycan layihəsi çərçivəsində ölkəmizə yola salınıb.
Həmin ağac tingləri arasında şam, badam, sərv, lavanda, yasəmən, püstə, sidr və digərləri var.
“Yaşıl” Vətən – bizim sevgimiz” devizi altında həyata keçirilən layihə iki qardaş ölkə arasında ətraf mühitin qorunması sahəsində dostluğu və əməkdaşlığı gücləndirməyi hədəfləyir.
