satellite   Azerspace-1: 11135 H 30000

DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib

DİN qanunsuz silah-sursatın könüllü təhvil verilməsi üçün vətəndaşlara çağırış edib

Ötən gün polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 13 avtomat, 1 tapança, 2 qumbara, 4 tüfəng, 9 patron darağı və 418 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

DİN -in Mətbuat Xidmətindən NTV-yə bildirilib ki, odlu silah və sursatın qanunsuz saxlanılması və daşınması qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaradır.

Qeyd edilib ki, bu cür vasitələrin könüllü təhvil verilməsi isə şəxsi məsuliyyətdən azad edir:

"Vətəndaşlara tövsiyə olunur ki, istifadəsiz və ya qanunsuz saxlanılan silah-sursat barədə dərhal polis orqanlarına məlumat versinlər. Bu, həm hüquqi məsuliyyətdən azad olmaq, həm də ictimai təhlükəsizliyin qorunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.

Polis əməkdaşları tərəfindən qanunsuz silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM