satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda istismar müddəti bitmiş smart kart tipli sayğaclar dəyişdiriləcək

Naxçıvanda istismar müddəti bitmiş smart kart tipli sayğaclar dəyişdiriləcək

Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş smart kart tipli sayğaclar dəyişdiriləcək.

NTV-nin məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi mediatur çərçivəsində bu gün keçirilən brifinqdə Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərin sualına cavab olaraq bildirib.

Onun dediyinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent bu tipli sayğacdan istifadə edir:

"Ümumilikdə 24 min smart kart tipli sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir. Hazırda Naxçıvan şəhərində qaz təminatında problem yoxdur və abonentlərə lazımi səviyyədə xidmət göstərilir".

İdarə rəhbəri bildirib ki, ötən bir il ərzində Naxçıvan şəhərində 1 000 yeni abonent şəbəkəyə qoşulub:

"Mavi yanacağın verilişində heç bir məhdudiyyət yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM