satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda intensiv yağıntılar çaylarda suyun səviyyəsini artırıb, sel baş verib

Naxçıvanda intensiv yağıntılar çaylarda suyun səviyyəsini artırıb, sel baş verib

Muxtar respublika ərazisində müşahidə olunan intensiv yağıntılar nəticəsində çaylarda suyun səviyyəsi artıb, bəzi ərazilərdə sel və daşqın hadisələri qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən NTV-yə verilən məlumata görə, Naxçıvançayın Qarababa, Gilançayın Nurgüt və Ordubadçayın Nüsnüs hidroloji məntəqələrində aparılan müşahidələr zamanı çaylardan sel sularının keçməsi qeydə alınıb.

Yağıntıların intensivliyi çay hövzələrində axımın sürətlə artmasına səbəb olub. Nəticədə bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli sel və daşqınlar müşahidə olunub.

Hazırkı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimalı qalır. Mütəxəssislər əhaliyə çay kənarlarına yaxın ərazilərdə ehtiyatlı olmağı tövsiyə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM