satellite   Azerspace-1: 11135 H 30000

İdxal olunan bitki tərkibli spred yağ məhsulunda uyğunsuzluq aşkarlanıb

İdxal olunan bitki tərkibli spred yağ məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasından idxal olunmuş bitki tərkibli spred yağı məhsulunda uyğunsuzluq aşkarlanıb.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən NTV-yə verilən məlumata görə, “Jirovoy Kombinat” müəssisəsinə aid olan yağ “Oba Market” MMC tərəfindən idxal edilib. Laborator sınaq nəticəsində ümumi çəkisi 19 ton “Şedroe Leto” əmtəə nişanlı, 82,5 faizlik, 1 kiloqramlıq məhsul partiyasında “3-monoxlorpropan1,2-diol (3-MCPD)” və “qlisidol şəklində ifadə olunan qlisidil yağ turşusu efirləri” göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilib. Uyğunsuzluq 24.01.2026-21.09.2026-cı il istehsal və son istifadə tarixli məhsul partiyasına aiddir.

Bildirilib ki, faktla bağlı agentlik tərəfindən qanunauyğun tədbir görülərək, sözügedən məhsul partiyasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, utilizasiyası və ya məhv edilməsi barədə qərar qəbul olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM