satellite   Azerspace-1: 11135 H 30000

AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb - FOTOLAR

AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb <font color=red> - FOTOLAR</font> AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb <font color=red> - FOTOLAR</font> AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb <font color=red> - FOTOLAR</font> AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb <font color=red> - FOTOLAR</font> AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb <font color=red> - FOTOLAR</font> AQTA: Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular aşkarlanıb <font color=red> - FOTOLAR</font>

Ötən ay 263 məktəbdə ciddi sanitar pozuntular (sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olması, məhsulların saxlanması zamanı temperatur rejiminə düzgün əməl olunmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və şəxsi gigiyena qaydalarına əməl etməməsi, qida blokunda təmizlik və dezinfeksiya tədbirlərinin aparılmaması və s.) müəyyən edilib.

Bu barədə NTV-yə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, cari ilin mart ayı ərzində ümumilikdə 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib. Monitorinqlərin nəticəsində 23 məktəbdə yararlılıq müddəti bitmiş, beşində isə bufetdə satılması qadağan edilən məhsullar aşkarlanıb.

Yararlılıq müddəti bitmiş və satılması qadağan edilmiş məhsullar satışdan kənarlaşdırılıb. Aşkar olunmuş uyğunsuzluqlarla bağlı məsul şəxslər barəsində inzibati tədbir görülüb, icrası məcburi göstərişlər verilib. Eyni zamanda, məsələnin ciddi şəkildə nəzarətə götürülməsi üçün Elm və Təhsil Nazirliyinə və regional təhsil idarələrinə məktublar ünvanlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM