satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda avtoqəza olub, dörd nəfər xəsarət alıb

Naxçıvanda avtoqəza olub, dörd nəfər xəsarət alıb

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

NTV xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub.

Qəza nəticəsində 1983-cü il təvəllüdlü Nazim Salmanov, 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1963-cü il təvəllüdlü Hikmət Muradov və 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM