satellite   Azerspace-1: 11135 H 30000

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən aprelin 4-də 10 yük avtomobili (TIR) vasitəsilə Bakıdan yola salınan növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən İran İslam Respublikasına keçib.

 

NTV xəbər verir ki, ümumi həcmi 200 ton olan humanitar yardıma 190 ton ərzaq və qida məhsulları, 7 ton dərman vasitələri və 3 ton tibbi ləvazimatlar daxildir.

 

Qeyd edək ki, yardım prezidentlər İlham Əliyev və Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığına uyğun olaraq həyata keçirilib. Məqsəd qonşu və dost İran xalqının mövcud ehtiyaclarının qarşılanmasına dəstək göstərməkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM