satellite   Azerspace-1: 11135 H 30000

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu il daha 85 nəfər müharibə veteranına biznes planlarına uyğun aktivlər verilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar istehsal və xidmət, kənd təsərrüfatı üzrə kiçik ailə bizneslərini qurublar.

 

Proqrama cəlb edilənlər üçün ilkin mərhələdə biznes təlimləri təşkil olunur. Təlimləri bitirdikdən sonra seçdikləri iqtisadi fəaliyyət sahələri üzrə biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM