satellite   Azerspace-1: 11135 H 30000

NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımlayıb

NASA Yerin "Orion" gəmisindən çəkilmiş ilk şəkillərini yayımlayıb

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Aya doğru yola düşən "Orion" kosmik gəmisinin ekipajı tərəfindən çəkilmiş Yerin ilk şəkillərini yayımlayıb.

NTV xəbər verir ki, şəkillər qurumun saytında dərc olunub.

Fotolardan birində Yer Günəşi örtdüyü anda tam şəkildə əks olunub. Digər şəkillərdə planet qismən görünür və ya Günəş şüaları ilə işıqlanmayıb. Bütün görüntüləri NASA astronavtı Rid Vaysman çəkib.

"Artemis II" missiyası çərçivəsində "Orion" gəmisini daşıyan "SLS" daşıyıcı raketi çərşənbə günü Bakı vaxtı ilə saat 01:35-də Floridadakı Con Kennedi Kosmik Mərkəzinin meydançasından start götürüb.

Gözlənilir ki, astronavtlar Rid Vaysman, Kristina Kuk, Viktor Qlover və kanadalı astronavt Ceremi Hansen Ayın səthindən təxminən 8 min km məsafədə onun ətrafında dövrə vuracaq, bundan sonra isə Yerə qayıdacaqlar. Missiyanın müddəti təxminən 10 gün təşkil edəcək.

Aya sonuncu pilotlu missiya 1972-ci ilin dekabrında "Apollon 17" proqramı çərçivəsində baş tutub. Hazırkı missiya uğurla nəticələnərsə, astronavtlar Yerdən rekord məsafədə olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM