“Tütün və tütün məmulatları haqqında Qanun”la aprelin 1-dən Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) NTV-yə bildirilib ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyd edilən tarixdən qatarlarda, dəmiryol vağzallarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
“Elektrik qatarları ətraf mühitin qayğısına qalır, amma elektron siqaret sağlamlığa zərər vurur. Elektrik qatarlarından istifadə edin - təbiətə və özünüzə qayğı göstərin”, - deyə məlumatda bildirilir.
