satellite   Azerspace-1: 11135 H 30000

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir - FOTOLAR

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir<font color=red> - FOTOLAR</font> Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir<font color=red> - FOTOLAR</font> Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir<font color=red> - FOTOLAR</font>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yaratdığı bənzərsiz obrazlarla tamaşaçıların yaddaşına əbədi həkk olunan, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin sədri, Dövlət mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir.

NTV xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri iştirak edirlər.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrının matəmsayağı bəzədilən səhnəsində postament üzərinə qoyulub.

Postamentin ətrafına Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət təşkilatları adından əklil düzülüb.

Xalq artisti Rasim Balayevin həmkarları, dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, mərhumun sənətini sevənlər teatrın binasına gələrək, unudulmaz aktyora son borclarını verirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM