satellite   Azerspace-1: 11135 H 30000

Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb

Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb

Ağdam rayonunda mina hadisəsi baş verib.

NTV Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinə istinadən verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da mina hadisəsi baş verib.

Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM