satellite   Azerspace-1: 11135 H 30000

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb

FHN: Od çərşənbəsində tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb

Od çərşənbəsi zamanı tonqalla bağlı 10 yanğın hadisəsinə çıxış qeydə alınıb.

NTV-nin məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin yel çərşənbəsi ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciətində qeyd olunub.

Müraciətdə kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, bir sıra hallarda Novruz mərasimlərində yanğın təhlükəsizliyi qaydalarının pozulmasına rast gəlindiyi bildirilib.

Müraciətdə vurğulanıb ki, bu, sonda acı nəticələrə gətirib çıxarır:

"Od çərşənbəsi zamanı tonqalla bağlı nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ümumilikdə 10 yanğın hadisəsinə çıxış qeydə alınıb. Göstərilənlərlə bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM