satellite   Azerspace-1: 11135 H 30000

Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib

Polisə müqavimət göstərən narkotacir zərərsizləşdirilib

İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

DİN-in mətbuat xidmətindən NTV-yə bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi VAZ-2104 markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb. O, idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarındakı maneəyə vurduqdan sonra polis əməkdaşlarına bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, bir nəfər isə saxlanılıb.

Avtomobildən 10 kiloqram narkotik vasitələr aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM