satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Təlim Mərkəzində növbəti sessiyalar keçirilib - FOTOLAR

Naxçıvan Təlim Mərkəzində növbəti sessiyalar keçirilib<font color=red> - FOTOLAR</font> Naxçıvan Təlim Mərkəzində növbəti sessiyalar keçirilib<font color=red> - FOTOLAR</font>

NTV xəbər verir ki,  Naxçıvan Təlim Mərkəzindin təqdim etdiyi “Rəhbərlər üçün İnkişaf Proqramı” davam edir.

Təlimçi Sənan Bayramlı tərəfindən təqdim olunan “Düzgün ünsiyyət necə qurulur?” və “Ünsiyyətdə bədən dilinin əhəmiyyəti” mövzularında sessiyalar keçirilib. Sessiyalar iştirakçılarda böyük maraq oyadıb. Təlim zamanı yalnız nəzəri biliklər deyil, həm də praktiki yanaşmalar, real nümunələr və interaktiv müzakirələr vasitəsilə ünsiyyətin incəlikləri ətraflı izah olunub.

Sessiya boyunca liderlikdə effektiv ünsiyyətin rolu, bədən dilinin mesajlara verdiyi güc və insanlarla düzgün əlaqə qurmağın yolları dərindən təhlil edilib.

Bu təlim, rəhbərlərin kommunikasiya bacarıqlarını təkmilləşdirmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və komanda idarəetməsində yeni yanaşmaları mənimsəmək baxımından mühüm bir mərhələ olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM