satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib

Ordubadda avtomobil yolunda qaya uçqunu baş verib

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun Bist kənd avtomobil yolunda qaya uçqunu baş verib.

NTV-nin məlumatına görə, qaya uçqunu nəticəsində iri qaya parçaları yolun hərəkət hissəsinə tökülüb və nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq dayanıb.

Hadisə ilə əlaqədar dərhal əraziyə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin əməkdaşları cəlb olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM