satellite   Azerspace-1: 11135 H 30000

Böyük Qayıdış: Ağdamda daha 50 ailə doğma yurduna qovuşub - FOTOLAR

Böyük Qayıdış: Ağdamda daha 50 ailə doğma yurduna qovuşub<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Ağdamda daha 50 ailə doğma yurduna qovuşub<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Ağdamda daha 50 ailə doğma yurduna qovuşub<font color=red> - FOTOLAR</font> Böyük Qayıdış: Ağdamda daha 50 ailə doğma yurduna qovuşub<font color=red> - FOTOLAR</font>

Mayın 20-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.

NTV  xəbər verir ki, bu mərhələdə köçürülən 207 nəfərdən ibarət 50 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM