satellite   Azerspace-1: 11135 H 30000

Cəlilabad sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Cəlilabad sakinlərində 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Cəlilabad rayonunda polisin keçirdiyi əməliyyatla 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan NTV-yə  verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.

Tədbirlərlə 39 yaşlı Ramid İbadov və 33 yaşlı Elnur Bəşirov saxlanılıblar.

Onlarda ümumilikdə 11 kiloqram marixuana və metamfetamin, əlavə olaraq 99 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM