satellite   Azerspace-1: 11135 H 30000

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

İslam İnkişaf Bankı Azərbaycanda layihələrə 1,3 milyard dollar vəsait yatırıb

İslam İnkişaf Bankı həmişə üzv ölkələri qonşu ölkələrlə birlikdə işləməyə çağırır. Azərbaycanla əməkdaşlığımız başlayandan indiyədək 1,3 milyard dollarlıq layihələrə vəsait yatırmışıq.

NTV xəbər verir ki, bunu İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Davamlı Rifah Naminə Regional İnteqrasiya” mövzusuna həsr olunmuş yüksək səviyyəli qeyri-rəsmi müzakirədə deyib.

“Bakıya son səfərim zamanı Ələt Azad İqtisadi Zonasında oldum. Bu infrastruktur ölkənin ixrac və idxal imkanlarının genişləndirilməsinə xidmət edir. Bu cür layihələr dənizə çıxışı olmayan ölkələrin logistik çətinliklərini qismən kompensasiya etməyə imkan verir”, - deyə İİB sədri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM