satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev V Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ABŞ-nin “Eksimbank”ının prezidenti və sədri Con Yovanoviç və İnkişaf Maliyyə Korporasiyasının (DFC) baş icraçı direktoru Ben Blek ilə görüşüb.

NTV  Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşün əvvəlində qonaqlar ABŞ Prezidenti Donald Trampın səmimi salamlarını və xoş arzularını dövləti başçısına çatdırıblar.

Danışıqlar zamanı tərəflər ABŞ-nin bu qurumlarının Özbəkistanda infrastrukturun inkişafı, vacib mineral ehtiyatların işlənməsi, enerji, süni intellekt və rəqəmsallaşma kimi yüksəktexnologiyalı sektorlarda strateji layihələrin maliyyələşdirilməsində iştirakını müzakirə ediblər.

ABŞ “Eksimbank”ı ilə əməkdaşlıq çərçivəsində enerji sektorunun modernləşdirilməsi üzrə birgə layihələrin həyata keçirilməsini sürətləndirmək barədə razılığa gəlinib. Prioritet sahələrdə yerli biznes təşəbbüsləri üçün ixrac kreditlərinin daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.

DFC-nin səhiyyə, enerji sektorunun modernləşdirilməsi və infrastruktur layihələrinə dəstək verəcək birgə investisiya platformasının yaradılması təşəbbüsləri dəstəklənib. Daşkənddə yeni beynəlxalq hava limanının tikintisi, Fərqanə bölgəsində müasir tibb kompleksinin yaradılması, rəqəmsal bankın işə salınması, AI data mərkəzlərinin və quru limanların tikintisi kimi irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin praktik mərhələsinə keçməyin zəruriliyi vurğulanıb.

Görüşdən sonra müzakirə olunan investisiya və texnologiya layihələrinin irəliləməsi üçün birgə yol xəritəsinin qəbul edilməsi barədə razılıq əldə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM