satellite   Azerspace-1: 11135 H 30000

Ermənistan və Türkiyə XİN rəhbərləri müavinləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Ermənistan və Türkiyə XİN rəhbərləri müavinləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər

Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan türkiyəli həmkarı Berris Ekinci ilə görüşüb.

NTV Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.

Ermənistan XİN-dən qeyd edilib ki, tərəflər sülh və əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, ikitərəfli gündəlikdəki məsələləri və regional hadisələri müzakirə ediblər.

Kostanyan və Ekinci ikitərəfli və regional qarşılıqlı əlaqəni təmin edən layihələrin həyata keçirilməsi imkanlarına toxunublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM