Azərbaycan və Sloveniya arasında enerji əməkdaşlığının inkişaf perspektivləri dəyərləndirilib.
NTV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr Türkiyədə keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşdə baş tutub.
