satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələr mexanizminin vacibliyini qeyd edib - FOTOLAR

Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələr mexanizminin vacibliyini qeyd edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələr mexanizminin vacibliyini qeyd edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələr mexanizminin vacibliyini qeyd edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramovla Hindistan səfiri iki ölkə arasında diplomatik məsləhətləşmələr mexanizminin vacibliyini qeyd edib<font color=red> - FOTOLAR</font>

Xarici işlər naziri Ceyhun Bayramov Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib.

Bu barədə NTV-yə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.

Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.

Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın "ONGC Videsh" şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya sahib olması ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri olduğu bildirilib.

Görüş zamanı həmçinin Yaxın Şərqdə mövcud gərginlikdən narahatlıq ifadə olunub. Hindistan səfiri ölkəsi adından İran ərazisindən Hindistan vətəndaşlarının təxliyəsi zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Abhay Kumar səmimi qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti dövründə Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətlər üzrə genişləndirilməsinə töhfə vermək niyyətində olduğunu xüsusi vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM