satellite   Azerspace-1: 11135 H 30000

Kubanıçbek Ömüralıyev Azərbaycana səfərə gəlib

Kubanıçbek Ömüralıyev Azərbaycana səfərə gəlib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev aprelin 1-də Azərbaycana səfərə gəlib.

NTV AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Gürsel İsmayılzadə və digər rəsmi şəxslər qarşılayıblar.

Daha əvvəl Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstelin Azərbaycana səfəri başlamışdı.

Qeyd edək ki, cari ilin aprelin 2-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/vitse-prezidentinin ikinci görüşü keçiriləcək. Birinci toplantı ötən ilin sentyabrında Qırğızıstanın paytaxtı Bişkekdə baş tutmuşdu.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM