satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

Ceyhun Bayramov pakistanlı həmkarı ilə regiondakı prosesləri müzakirə edib

12 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.

NTV  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirlər cari regional təhlükəsizlik vəziyyətini, Yaxın Şərqdə artan hərbi eskalasiyanı, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Mövcud strateji əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilərək, gələcək təmaslar üzrə planlar nəzərdən keçirilib. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

12 mart, 21:04

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

NTV  xəbər verir ki, bu barədə məlumat Pakistan Xarici İşlər Nazirliyinin "X"dəki hesabında yayılıb.

Bildirilib ki, söhbət zamanı son regional proseslər və qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər müzakirə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM