satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb - FOTOLAR

Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb<font color=red> - FOTOLAR</font> Azərbaycan və Gürcüstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb<font color=red> - FOTOLAR</font>

Fevralın 17-də Bakı şəhərində Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-yə verilən məlumata görə, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsalia rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında əməkdaşlığın regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində və çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı, həmçinin iqtisadi, ticarət, enerji, nəqliyyat, tranzit, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Baş nazirlərin rəhbərlik etdiyi Azərbaycan ilə Gürcüstan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Gürcüstan tərəfinə postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM