satellite   Azerspace-1: 11135 H 30000

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” dövlət xidmətləri sahəsində BƏƏ ilə əməkdaşlığı genişləndirir

Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hökuməti arasında Dünya Hökumətləri Sammiti çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Bu barədə NTV Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BƏƏ-nin dövlət naziri və Kabinetin baş katibi Məryəm Al Hammadi imzalayıblar.

Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi, idarəetmə və institusional bacarıqların inkişafı, müvafiq istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsidir.

Eyni zamanda, sənədin icrası çərçivəsində dövlət xidmətlərinin göstərilməsi sahəsində innovasiyaların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM