satellite   Azerspace-1: 11135 H 30000

Rəcəb Tayyib Ərdoğan: Ankara Suriyanın bərpasında Ər-Riyadla əməkdaşlığa hazırdır

Rəcəb Tayyib Ərdoğan: Ankara Suriyanın bərpasında Ər-Riyadla əməkdaşlığa hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 3-də Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ər-Riyadda Krallığın vəliəhdi Məhəmməd bin Salman Əl Səudla görüşüb.

NTV  xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri, xüsusilə energetika, müdafiə sənayesi, investisiyalar, ticarət və texnologiyalar sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə əlaqələrin dərinləşdirilməsi istiqamətində yeni addımlar atmağa qətiyyətli olduğunu bildirib.

Tərəflər regional və qlobal proseslərə də diqqət ayırıblar.

Türkiyə lideri Fələstində humanitar böhranın mümkün qədər tez aradan qaldırılması üçün səylərə hazır olduğunu vurğulayıb, Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunmasının əhəmiyyətindən danışıb.

Prezident Ərdoğan qeyd edib ki, Ankara Suriyanın bərpası məsələlərində Ər-Riyadla əməkdaşlığa hazırdır.

Ayrıca olaraq Yəməndə mövcud vəziyyət və Şərqi Afrika ölkələrində baş verən hadisələr müzakirə edilib, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında dörd saziş imzalanıb, həmçinin birgə bəyanat yayımlanıb.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Yaponiyada 35 nəfər ölüb

10:26 04.02.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM