satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı və Misirə səfərə yola düşür Dünya

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı və Misirə səfərə yola düşür Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ilin ilk xarici səfərləri üçün Səudiyyə Ərəbistanı və Misirə yola düşür.

NTV xəbər verir ki, Prezident Ərdoğan Ər-Riyadda vəliəhd şahzadə Muhammed bin Salman, Qahirədə isə həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşəcək.

Türkiyə liderinin ikigünlük danışıqlarında regional inkişaf prosesləri və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi əsas prioritetlərdir.

Vaşinqton ilə Tehran arasındakı gərginliyin, eləcə də Suriyadakı vəziyyətin müzakirə olunacağı da gözlənilir.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Qəzza “Sülh Şurası” üçün ayrıca gündəm maddəsi planlaşdırılır.

Qahirədə Misir-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası da keçiriləcək. Prezident Ərdoğanın, həmçinin Türkiyə-Misir Biznes Forumunda iştirakı planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM