satellite   Azerspace-1: 11135 H 30000

Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək

Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarova parlament nümayəndə heyəti ilə birlikdə Özbəkistana səfər edib.

NTV yerli KİV-ə istinadən xəbər verir ki, səfərin məqsədi 1-2 iyul tarixlərində Xivə şəhərində keçiriləcək Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak etməkdir.

Nümayəndə heyətini Özbəkistan Ali Məclisi Senatının sədri Tanzila Narbayeva qarşılayıb.

Senatın məlumatına görə, forumda Özbəkistan və Azərbaycan parlamentlərinin nümayəndələri ilə yanaşı, hər iki ölkənin Gənclər parlamentlərinin nümayəndələri də iştirak edəcəklər.

Forumun məqsədi parlamentlərarası əməkdaşlığı daha da dərinləşdirmək, qanunvericilik fəaliyyəti və parlament nəzarətinin həyata keçirilməsi ilə bağlı təcrübə mübadiləsi aparmaq, həmçinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların reallaşdırılmasına kömək etməkdir.

Forumun sonunda strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, prioritet sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin birgə təşəbbüslərin səmərəli həyata keçirilməsi üçün hüquqi əsasların təkmilləşdirilməsinə yönəlmiş yekun sənədin qəbul edilməsi nəzərdə tutulur. Qeyd olunur ki, sənəd birgə təşəbbüslərin həyata keçirilməsi, həmçinin iqtisadiyyat, mədəniyyət, təhsil və təhlükəsizlik kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əsas olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM