satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 6%-dən çox artıb

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 6%-dən çox artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 608,6 milyon manat təşkil edib.

NTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 67,7 %-i əhali sektorunun payına düşüb.

Təkcə fevralda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 292,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,3 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM