Moldovanın aparıcı KİV-ləri Azərbaycan Prezidentinin ADA Universitetindəki konfransda səsləndirdiyi fikirləri geniş işıqlandırıb

Moldovanın aparıcı KİV-ləri Azərbaycan Prezidentinin ADA Universitetindəki konfransda səsləndirdiyi fikirləri geniş işıqlandırıb

Moldovanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirdiyi dərin məzmunlu fikirləri geniş şəkildə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Moldovanın “Rupor”, “Publika”, “Noi”, “JurnalTV” “Tribuna”, “Dosarmedia” xəbər portallarında dərc edilən məqalələrdə, “Prime”, “Canal 2”, “Canal 3”,”TV8” telekanallarında dövlətimizin başçısının toxunduğu müxtəlif məqamlar diqqət mərkəzində olub.

Müxtəlif sərlövhələrlə dərc olunan məqalələrdə və yayımlanan reportajlarda Prezident İlham Əliyevin fikirlərinə istinadla Zəngəzur dəhlizi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaş münasibətləri, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh naminə göstərdiyi səylər, Fransanın ermənistanyönümlü, qərəzli mövqeyi və digər mövzulara yer ayrılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM