Azərbaycan Prezidentinin ADA Universitetindəki nitqi Türkiyənin aparıcı mediası tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidentinin ADA Universitetindəki nitqi Türkiyənin aparıcı mediası tərəfindən geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı dərin məzmunlu nitqi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dövlətimizin başçısının nitqi və çıxışındakı çağırışlar Türkiyə mediasının diqqət mərkəzində olub.

Anadolu Agentliyi, “TRT Haber”, “TGRT”, “Haber Global” telekanalları, “Sabah”, “Hürriyet”, “Yeni Akıt” qəzetləri başda olmaqla ölkənin aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin nitqindəki ayrı-ayrı məqamları fərqli sərlövhələrlə təqdim ediblər.

Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh naminə göstərdiyi səylərə toxunan qardaş ölkə mediası yazır ki, Prezident İlham Əliyev qəti şəkildə bir daha bəyan edib ki, heç kəs Azərbaycanla təhdid dilində danışa bilməz. Bu kontekstdə İranın Azərbaycana qarşı mövcud təxribatları ilə bağlı dövlətimizin başçısının fikirlərinə geniş yer verilib.

Anadolu Agentliyi məlumatı xarici dillərdə də yayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM