Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

NUHÇIXAN xəbər verir ki, mayın 8-11-də Naxçıvan şəhərindəki “Saat Meydanı”nda “BOOKFEST” kitab sərgisi keçiriləcək.

Sərgidə bir çox tanınmış yazıçılarla görüşlər, imza saatları, maraqlı müzakirələr, endirimli kitablar olacaq. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və ˝TEAS Press˝ Nəşriyyat Evinin təşkilatçılığı ilə keçiriləcək kitab sərgisində iştirak ödənişsizdir.

˝FERO BAND˝ hər gün saat 18:30-da bir-birindən gözəl ifalarla “BOOKFEST” iştirakçıları üçün konsert proqramı təqdim edəcək.

Qeyd edək ki, "NUHÇIXAN" İnformasiya Agentliyi “BOOKFEST” kitab sərgisinin media tərəfdaşlarındandır.

Xəbər lenti
Baş ucaldar mərd oğul

18:11 04.05.2024

Şərura dolu düşüb

16:16 04.05.2024

Çox oxunan xəbərlər

CANLI YAYIM