İndoneziyada daşqın və torpaq sürüşmələri nəticəsində azı 14 nəfər ölüb

İndoneziyada daşqın və torpaq sürüşmələri nəticəsində azı 14 nəfər ölüb

İndoneziyanın Sulavesi adasında baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 14 nəfər ölüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Associated Press” hökumət məlumatlarına istinadən bildirib.

Yerli xilasetmə xidmətinin rəhbəri Mexianus Bekabel bildirib ki, cümə axşamından bəri bölgəyə yağan güclü yağış Cənubi Sulavesi əyalətinin Luvu rayonunda torpaq sürüşməsinə səbəb olub. Məlumata görə, daşqınlar nəticəsində 1 000-dən çox evə ziyan dəyib, o cümlədən 42 bina palçıq axınları sonucunda dağılıb.

Təbii fəlakət zonasında yaxalanan sakinlərin təxliyəsinə axtarış-xilasetmə qrupları cəlb olunub, 100-dən çox insan təhlükəsiz ərazilərə köçürülüb.

İndoneziyada mövsümi yağışlar tez-tez sürüşmə və daşqınlara səbəb olur. Təkcə aprel ayında Cənubi Sulavesi əyalətinin Tana Toraja bölgəsində güclü yağışların yaratdığı torpaq sürüşmələri 20 nəfərin həyatına son qoyub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM