satellite   Azerspace-1: 11135 H 30000

Komitə sədri: Builki Yay Düşərgəsinə Avropada yaşayan gənclərimiz böyük maraq göstəriblər

Komitə sədri: Builki Yay Düşərgəsinə Avropada yaşayan gənclərimiz böyük maraq göstəriblər

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinə 64-dən çox ölkədən 120-dən artıq iştirakçı qatılıb. Bu il düşərgədə iştirak üçün təxminən 700 müraciət daxil olub. Müraciətlərin əsas hissəsi xaricdə yaşayan gənclərimiz tərəfindən edilib.

NTV xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov söyləyib.

O bildirib ki, bu il fərqləndirici məqamlardan biri Avropada yaşayan gənclərimizin böyük maraq göstərmələri olub. Eyni zamanda, əvvəllər heç zaman yay düşərgəsində təmsil olunmayan ölkələrdən gənclər də bu layihəyə qoşulublar. İştirakçıların böyük əksəriyyəti ali təhsillidir. Biz istəyirik ki, həm səviyyə, həm də iştirak baxımından düşərgəmizdə hər zaman müxtəliflik təmin olunsun. İnanıram ki, bu düşərgənin gələcəkdə ən mühüm nəticələrindən biri Azərbaycan dövlətinin maraqlarının və həyata keçirdiyi layihələrin reallaşdırılmasında gənclərimiz fəal iştirak etmələri olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM