satellite   Azerspace-1: 11135 H 30000

Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır

Əziz Ələkbərli: Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışına şərait yaratmalıdır

Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz qayıdışına şərait yaratmalıdır.

NTV xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin sədri Əziz Ələkbərli Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Qərbi azərbaycanlıların yaşadığı faciələrə Naxçıvan da şahidlik edib və bu baxımdan belə tədbirlərin məhz burada keçirilməsi xüsusi məna daşıyır.

Ə.Ələkbərli qeyd edib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı fundamental insan haqları və beynəlxalq hüquqa uyğundur.

QAİ sədri regionda yaranmış yeni reallıqların Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışının qaçılmaz olduğunu göstərdiyini vurğulayıb.

O əlavə edib ki, Ermənistan bu reallığı qəbul edərək Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz, ləyaqətli və dinc qayıdışına şərait yaratmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM