satellite   Azerspace-1: 11135 H 30000

Ziyafət Əsgərov: Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistana qarşı ərazi iddiası deyil

Ziyafət Əsgərov: Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistana qarşı ərazi iddiası deyil

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır.

NTV xəbər verir ki bunu Ordubadda keçirilən III "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

Parlamentin sədr müavini Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışının Azərbaycanın xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb:

"Qərbi Azərbaycan İcmasının əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu torpaqlardan deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi və onların doğma yurdlarına sülh yolu ilə qayıdışının təmin edilməsidir. İcma rəhbərliyi bu istiqamətdə beynəlxalq platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatında fəal iş aparır. Hər bir qərbi azərbaycanlının öz ata-baba yurduna qayıtmaq hüququ var və bu, onların qanuni, tarixi və mənəvi haqqıdır. Çünki həmin torpaqlar bizim əzəli yurdlarımızdır".

O, Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda bu ölkəyə qarşı ərazi iddiası kimi qiymətləndirilməsinin əsassız olduğunu vurğulayıb:

"Bu, tamamilə əsassız yanaşmadır. Biz yalnız sülh şəraitində, beynəlxalq hüquq normalarına uyğun olaraq öz doğma torpaqlarımıza qayıdıb orada təhlükəsiz və ləyaqətli şəkildə yaşamaq istəyirik".

Z.Əsgərov həmçinin bu gün Azərbaycan və Ermənistan arasında yeni münasibətlər mərhələsinin formalaşması üçün imkanlar yarandığını bildirib:

"Əgər sülh prosesi uğurla yekunlaşarsa, gələcəkdə insanlar öz doğma torpaqlarına qayıda və həmin ərazilərdə dinc şəraitdə yaşaya bilərlər. Hüquqi baxımdan isə hələ həllini gözləyən məsələlər mövcuddur. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması vacib şərtlərdən biridir. Ermənistan rəhbərliyi bu istiqamətdə referendum keçiriləcəyini bəyan edib. Ümid edirik ki, verilən vədlər yerinə yetiriləcək və bu, iki ölkə arasında münasibətlərin normallaşmasına mühüm töhfə verəcək".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM