satellite   Azerspace-1: 11135 H 30000

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Elbrus İsayev: Qərbi Azərbaycan minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir

Azərbaycan xalqının müasir tarixində yeni mərhələ yaradan Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər milli özünüdərkimizin, tarixi ədalətə inamımızın və dövlətçilik iradəmizin təntənəsi oldu. Bu Zəfər yalnız işğal altında olmuş torpaqlarımızın azad edilməsini təmin etmədi, eyni zamanda, xalqımızın tarixi yaddaşında yaşayan bir çox məsələlərin daha geniş müstəvidə müzakirəsinə və həllinə yeni imkanlar yaratdı.

NTV xəbər verir ki, bu sözləri Ordubadda keçirilən “Qərbi Azərbaycana qayıdış” III festival- konqresdə çıxışı zamanı Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.

“Məhz Zəfərdən sonra Qərbi Azərbaycana qayıdış ideyası Azərbaycan cəmiyyətinin əsas milli ideyalarından birinə çevrildi. Çünki xalqımız yaxşı bilir ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil – minilliklər boyunca formalaşmış tariximizin, mədəniyyətimizin və mənəvi köklərimizin ayrılmaz hissəsidir. Bu torpaqlardan deportasiya olunmuş soydaşlarımızın taleyi, onların hüquqlarının müdafiəsi və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması dövlətimizin və cəmiyyətimizin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq prinsipləri və insan hüquqları çərçivəsində, sülh yolu ilə həyata keçirilməli olan tarixi məqsəddir”, - deyə o əlavə edib.

Qeyd edək ki, Ordubad şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə "Qərbi Azərbaycana qayıdış” III festival-konqresi keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM