satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib - FOTOLAR

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib<font color=red> - FOTOLAR</font> Azərbaycan Ordusunun Baş Qərargah rəisi Qazaxıstana işgüzar səfər edib<font color=red> - FOTOLAR</font>

Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda işgüzar səfərdədir.

Bu barədə NTV-yə  Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində general-polkovnik K.Vəliyev Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Kanış Abubakirov ilə görüş keçirib. Tərəflər Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkənin hərbi qulluqçularının iştirakı ilə keçirilən birgə təlimlərin şəxsi heyətin peşə hazırlığının yüksəldilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və ordularımız arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qazaxıstan tərəfi Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığının inkişafına verdiyi mühüm töhfəyə görə general-polkovnik K.Vəliyevi "Hərbi əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə" medalı ilə təltif edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM